» » » "Boavişta" Kamran Ağayevlə müqaviləyə xitam verdi

"Boavişta" Kamran Ağayevlə müqaviləyə xitam verdi

Portuqaliyanın "Boavişta" klubu milli komandamızın qapıçısı Kamran Ağayevlə yollarını ayırıb.

Premyer.az bildirir ki, bu barədə klubun rəsmi facebook səhifəsində məlumat verilib. 31 yaşlı qolkiperlə mövsümün sonunadək nəzərdə tutulan müqaviləyə xitam verilib.

Xatırladaq ki, Ağayev sonuncu dəfə "Boavişta"nın heyətində  yanvarın 15-də "Benfika" ilə oyunda meydana çıxmışdı. Həmyerlimiz həmin matçda rəqib futbolçularla dalaşdığı üçün 3 oyunluq cəzalandırılmışdı.

Qeyd edək ki, Kamran Ağayev "Boavişta"ya mövsümün əvvəllərində transfer olunmuşdu.
127