» » » Qurban Qurbanovun ailəsində ağır itki üz verib - BAŞSAĞLIĞI

Qurban Qurbanovun ailəsində ağır itki üz verib - BAŞSAĞLIĞI

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun ailəsində ağır itki üz verib.
 
Premyer.az bildirir ki, 45 yaşlı mütəxəssisin anası Günəbatın xanım bu gecə dünyasını dəyişib. Mərhumə ilə vida mərasimi bu gün anadan olduğu Zaqatalada keçiriləcək.
 
Müsahibələrdən birində Günəbatın xanım oğulları Musa və Qurban Qurbanov haqqında bunları deyib: "Düzünü desəm, mən heç istəmirdim qardaşlar futbolçu olsun. Lakin, nə qədər çalışsam da Musayla Qurbanın futbola marağını söndürə bilmədim...."
 
Premyer.az saytının kollektivi mərhuməyə Allahdan rəhmət, ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!
211