» » » Bosniya və Herseqovina yığmamızı məyus etdi

Bosniya və Herseqovina yığmamızı məyus etdi

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib.
 
Premyer.az bildirir ki, Bosniya və Herseqovina yığması ilə qarşılaşan komandamız 1:3 hesabı ilə məğlub olub. Yığmamızın qolunu Nigar Mirzəliyeva vurub.
 
Aprelin 19-da keçiriləcək növbəti oyunda futbolçularımızın rəqibi Monteneqro yığması olacaq.
145