» » » "Qəbələ" Çempion oldu!

"Qəbələ" Çempion oldu!

Dünən U-16 Liqasında 2016/17 mövsümünə yekun vurulub. Premyer.az bildirir ki, "Qəbələ” çempionatın sonuncu – XXII turunda "Neftçi”ni qəbul edib. Bu matçadək "qırmızı-qaralar” 49 xalla 1-ci, paytaxt təmsilçisi 48 xalla 2-ci pillədə qərarlaşıb. Qızıl medalların taleyi baxımından böyük önəm daşıyan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Bu nəticə turdan əvvəl 47 xala malik "Vətən”ə də çempionluq şansı yaradıb. Lakin "Sumqayıt”la görüşdə 0:2 hesabı ilə məğlub olan bakılılar 3-cü pillədə qalıb. 50 xal toplayan "Qəbələ” mövsümün çempionu adına yiyələnib. Matçdan sonra mükafatlandırma mərasimi keçirilib, komandamıza çempionluq kuboku təqdim edilib.
98