» » » "Səbail"in baş məşqçisi: "Sözün açığını demək istəyirəm..."

"Səbail"in baş məşqçisi: "Sözün açığını demək istəyirəm..."

"Səbail"in baş məşqçisi: "Sözün açığını demək istəyirəm..."Futbol üzrə Azərbaycanın Birinci Divizionun XXIV turu çərçivəsində keçirilən "Zaqatala” – "Səbail” matçından sonra qonaqların baş məşqçisi Elman Sultanov keçirdiyi mətbuat konfransında oyunu şərh edib.  Premyer.az baş məşqçinin söylədiklərini diqqətinizə çatdırır:
 
Birinci hissəyə uşaqlar zəyif başladılar, ona görə də qol buraxdıq. İkinci taym – super! Mən fikirləşirəm ki, biz burda 2 xal itirdik, hansı ki bizə ikinci yeri tutmaq üçün bu saat lazım idi.
 
Sözün açığını demək istəyirəm. 1:1 qurtardı oyun, amma belə ümumi götürəndə, bizim komanda onların komandasından güclüdür. Amma yenə də oyunun nəticəsindən razıyam.”
 
FOTO: Rauf İskəndərov / Premyer.az
303     
Reklam

Reklam