» » » Qvanzav Maqomedov: "Qələbəyə görə mükafat alacaqdıq..."

Qvanzav Maqomedov: "Qələbəyə görə mükafat alacaqdıq..."

Birinci Divizionun XXIV turu çərçivəsində keçirilən "Zaqatala” – "Səbail” matçından sonra qonaq komandanın müdafiəçisi Qvanzav Maqomedov Premyer.az saytının Zaqatalaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb: 
 
 
- Oyun haqqında fikirlərini bilmək istərdik
- Uşaqlarımız döyüşürdülər və yaxşı oynadılar. Birinci hissədə tam hazır olmasalar da, fasilədə məşqçimiz oyunçuları fiziki və psixoloji cəhətdən daha yaxşı hazırladı və elə buna görə də ikinci hissəni daha yaxşı oynadıq.
 
- Oyundan öncə komanda qarşısında nə məqsəd qoyulmuşdu?
- Təbii ki, rəhbərlik komanda önündə yalnız qələbə qazanmaq məqsədi qoymuşdu və qələbə qazanacağımız təqdir də, yaxşı mükafat da söz verilmişdi. Biz qələbə üçün oynayırdıq, amma bəxtimiz gətirmədi.
 
- Oyunçulara söz verilən mükafatın məbləğini açıqlaya bilərsən?
- İcazə versəydilər, deyərdim, amma təəssüf ki buna icazə yoxdur. (Red. gülür)
 
- Ümumiyyətlə sən özün oyundan razı qaldın mı?
- Bəli, ikinci hissədən tam razı qaldım. Birinci hissədə oyunumuz tam istədiyimiz kimi getmədi, amma ikinci hissədəki oyunumuz – Premyer Liqaya layiq oyun idi.
 
Müsahibə və Fotonun müəllifi: Rauf İskəndərov /Premyer.az
212