» » » Ramazan Abbasov: "Bu da bir qismətdir..."

Ramazan Abbasov: "Bu da bir qismətdir..."

Birinci Divizionun XXIV turu çərçivəsində keçirilən "Zaqatala” – "Səbail” matçından sonra qonaq komandanın təcrübəli oyunçusu Ramazan Abbasov oyun haqqında fikirlərini Premyer.az saytının Zaqatalaya ezam olunmuş müxbiri ilə bölüşüb:
 
Ramazan Abbasov: "Zaqatalaya qələbə üçün gəlmişdik, ən azından çemionluq şansımızı saxlamaq üçün. Amma təəssüflər olsun ki qələbə qazana bilmədik. "Zaqatala" ən çətin rəqiblərimizdən biri idi, amma məncə qalib gələ bilərdik.
Birinci hissədə bir qədər yaxşı çıxış etmədik, amma ikinci hissədə demək olar ki, üstələdik rəqibimizi. Heyif ki, bu qələbə qazanmaq üçün yetmədi. Bu da bir qismətdir. Artıq ikinci yer haqqında düşünürük. İnşallah son iki turda qalib gəlib, 2-ci yeri təmin edərik."
 
Müsahibə və FOTO: Rauf İskəndərov / Premyer.az
223