» » » Oruc Balaşlı: "Düşünürəm ki U-23 yığmasına çağırılmamağımın səbəbi budur.."

Oruc Balaşlı: "Düşünürəm ki U-23 yığmasına çağırılmamağımın səbəbi budur.."

Birinci Divizionun XXIV turu çərçivəsində keçirilən "Zaqatala” – "Səbail” matçından sonra meydan sahiblərinin və Azərbaycan çempionatının bombardiri Oruc Balaşlı Premyer.az saytının Zaqatalaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb. 
 
 
- Oyun haqqında fikirlərini bilmək istərdik
- Oyuna yaxşı başlamışdıq, amma sonradan fiziki olaraq çatdırmadıq. Əsasən də ikinci hissədə. Rəqib də bundan istifadə edərək ikinci hissədə üzərimizə gəldi və qol vurmağa müvəffəq oldu.
 
- Çempionatın bitməsinə cəmi iki tur qalıb…
- Əlimizdən gələni edəcəyik ki, növbəti turda səfərdə "Ağsu”nu udaq. Son turda isə "Şərurspor”la oyunda texniki qələbə alıb çempionatın son iki turunu maksimum nəticə ilə bitirmək istəyirik.
 
-Son iki turda 6 xal qazanacağınız təqdirdə, Premyer Liqaya vəsiqə qazanmaq şansınız olacaq mı?
- İkinci yer tutmaq üçün 6 xalın kifayət edib-etməyəcəyini deyə bilmərəm, amma biz əlimizdən gələni edəcəyik.
 
- IV İslam Həmrəylik oyunlarında çıxış edəcək U-23 yığmasına çağırılmamağın haqqında nə deyə bilərsən?
- Mənimlə əlaqə saxlanılmayıb, amma mən təbii ki yığmanın heyyətinə düşmək istəyirdim. Məşqçi məni çağırmadı və bu onun fikridir. Düşünürəm ki yığmaya çağırılmamağım səbəbi Birinci Divizionda oynamağımdır.
 
Müsahibə və FOTO: Rauf İskəndərov / Premyer.az
332