» » » Ruslan Tağızadə: "İkinci yer uğrunda mübarizə bu 3 klub arasında olacaq" (MÜSAHİBƏ)

Ruslan Tağızadə: "İkinci yer uğrunda mübarizə bu 3 klub arasında olacaq" (MÜSAHİBƏ)

Birinci Divizionun XXIV turu çərçivəsində keçirilən "Zaqatala” – "Səbail” matçından sonra qonaq komandanın yarımmüdafiəçisi Ruslan Tağızadə Premyer.az saytının Zaqatalaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb. 
 
 
- İlk öncə oyun haqqında fikirlərini bildirərdin
- Oyunun çox maraqlı keçdi. Qismətdən adi epizodda ayağımdan zədə aldım. İlk hissədə hücumlarımız çox da effekt verməsə də, ikinci hissədə tam tərsinə oldu. Ən azından bərabərlik qolunu vuraraq bir xalı qazana bildik.
 
 
- İkinci yer uğrunda mübarizədə komandanın şanslarını necə qiymətləndirirsən?
İkinci yer uğrunda hal-hazırda gərgin  mübarizə gedir. Bir neçə komanda ikincilik uğrunda vuruşur, biz də onlardan biriyik. Amma hal-hazırda belə hesab edirəm ki, üstünlük bizdədir, çünki ikinci pillədə bizik. Fikrimcə "Zaqatala” bu oyundan sonra ikincilik şansını artıq əldən verdi və bundan sonra ikinci yer uğrunda mübarizəni "Ağsu”, "Qaradağ Lökbatan” və biz aparacağıq.
 
- Zədən haqqında nə deyə bilərsən?
- Hələ dəqiq bilinmir. Bakıya qayıtdıqdan sonra komandamızın həkimi baxacaq və müayinədən sonra zədəmin durumuna aydınlıq gələcək. Amma onu deyim ki, ayağım çox ağrıyır.
 
- Premyer Liqada yenidən oynamaq ehtimalın var mı?
- Nə bilim vallah. Mən bundan əvvəl də bir müsahibəmdə demişdim, bir neçə futbolçunu çıxmaq şərtilə, özümü Premyer Liqada görürəm. Hər hansı bir oyunçudan nə zəyif deyiləm, nə də güclü. Oyununmla onlardan da çox effekt verərəm. Sadəcə olaraq qismət belə imiş. Mənim başıma gələnlər, heç bir futbolçunun başına gəlməsin. Öz səhvlərim ucbatından gəlib ikinci diviziona (Red. Birinci Diziona) düşdüm. Yəgin ki inşallah o səhvləri bir də etmərəm.
 
- "Səbail” komandasını Premyer Liqada görürsən mi?
- Komandamız Premyer Liqaya yüksəlmək niyyətindədir. İnşallah istərdim ki bu gerçəkləşsin və mən də elə "Səbail”də qalım. Niyə də olmasın?
 
- İlk hissədə azarkeşlər səninlə əlaqədar bəzi sloqanlar səsləndirdilər. Bunu necə şərh edə bilərsən?
- Mən 6 ay Zaqatalada oynamışam və onların bu hərəkəti mənə qarışı həqiqətən də böyük hörmətsizlik idi. Onlara bunu yaraşdırmıram. Mən burda artistik eləmirəm ki?  Əgər ayağım ağrımasaydı, mən meydançadan çıxmazdım. Bu qədər…
 
Müsahibə və FOTO: Rauf İskəndərov / Premyer.az
187