» » » I Divizionda mart ayında vurulan ən gözəl qolun müəllifi mükafatlandırılıb

I Divizionda mart ayında vurulan ən gözəl qolun müəllifi mükafatlandırılıb

Futbol üzrə Azərbaycanın I Divizionunda mart ayında vurulan ən gözəl qolun müəllifi Orxan Qurbanlı ("Səbail" FK) mükafatlandırılıb.
Premyer.az xəbər verir ki, mükafatlandırma mərasimi I Divizionun XXIV turunun "Zaqatala" - "Səbail" oyunu öncəsi baş tutub. Qurbanlıya kuboku və 500 manat məbləğindəki mükafatı  Peşəkar Futbol Liqasının Texniki  İdman Şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edib.
 
Foto: Rauf İskəndərov / Premyer.az
208     
Reklam

Reklam