» » » Rəhman Musayevin qolu "Turan Tovuz"a Premyer Liqaya vəsiqə qazandırdı! (FOTOLAR)

Rəhman Musayevin qolu "Turan Tovuz"a Premyer Liqaya vəsiqə qazandırdı! (FOTOLAR)

Futbol üzrə Azərbaycanın I Divizionunda XXIV tura start verilib.
Premyer.az bildirir ki, bu gün keçirilən iki oyundan birinin nəticəsi meydan sahibləri üçün ikiqat sevindirici olub. Belə ki, "Turan Tovuz" MOİK qarşılaşmasında meydan sahiblərinin bombardiri Rəhman Musayev 92-ci dəqiqədə vurduğu yeganə qolla, komandasına qələbə qazandırmaqla yanaşı, Premyer Liqaya vəsiqəni də təmin edib!
 
Belə ki, çempionatın sonuna iki tur qalmış Tovuz təmsilçisi turnir cədvəlində üçüncü pillədə qərarlaşan "Qaradağ Lökbatan"la xal fərqini 8-ə çatdırıb. Bununla da Əsgər Abdullayevin yetirmələri Premyer Liqaya vəsiqə verən ilk iki yerdən birini təmin ediblər.
 
 
Günün digər qaşılaşmasında "Qaradağ Lökbatan" səfərdə "Mil-Muğan" üzərində 2:4 hesablı önəmli qələbə qazanaraq, Premyer Liqaya ikinci vəsiqəni qazanmaq şansını bir az da möhkəmləndirib.

"Turan Tovuz” 1-0 MOİK
(Rəhman Musayev, 90+2)

"Mil-Muğan” 2-4 "Qaradağ Lökbatan”
(Raul Yaqubzadə, 69; Mübarək Şahquliyev, 81 (ö.q) // Mübarək Şahquliyev, 21; Sabir Allahquliyev, 32; Elgiz Kərimli, 43; Rüfət Məmmədov, 64)
242