» » » Dario Frederikonun zədəsinə aydınlıq gətirildi

Dario Frederikonun zədəsinə aydınlıq gətirildi

Az'rbaycan Premyer Liqasının XXVI turunda Gəncədə "Qəbələ” ilə görüşəcək "Kəpəz” dünəndən qarşıdakı oyunun hazırlığına start verib. Premyer.az xəbər verir ki, Bakıda hazırlaşan komandanın ilk məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında olub.
Keçirilən çalışmalarda yüngül zədəsi olan Dario Frederiko iştirak etməyib. Braziliyalı bugün komandaya qoşulacaq.   
"Sarı-göylər” bugün və sabah "İnter Arena”da məşq edəcəklər.
Hazırlıq prosesləri saat 10:30-da başlayacaq. Nizami yurdunun təmsilçisi oyundan öncəki son məşqini doğma meydanda keçirəcək.
 
Foto: Rauf İskenderov /Premyer.az
197     
Reklam

Reklam