» » » XXV Azərbaycan Kubokunun finalçıları müəyyənləşdi

XXV Azərbaycan Kubokunun finalçıları müəyyənləşdi

Futbol üzrə XXV Azərbaycan Kubokunun finalçıları müəyyənləşib. Premyer.az bildirir ki, bu gün keçirilən yarımfinal mərhələsinin cavab oyunlarından sonra "Qəbələ” və "Qarabağ” klubları adlarını finala yazdırdılar. Topaz Premyer Liqasında çempionluq uğrunda mübarizə aparan komandalar kubok uğrunda həlledici görüşdə də üz-üzə gələcəklər.
Yarımfinal mərhələsində "Qəbələ” Bakının "İnter” klubunu (3-1; 2:0), "Qarabağ” isə "Neftçi”ni (2:0;0:0) mübarizədən kənarlaşdırdılar.
Qeyd edək ki, XXV Azərbaycan Kubokunun final görüşü 5 may tarixində Naxçıvan şəhər stadionunda baş tutacaq.
193