» » » AFFA UEFA-nın dəstəyi ilə məşqçilər üçün növbəti seminar keçirəcək

AFFA UEFA-nın dəstəyi ilə məşqçilər üçün növbəti seminar keçirəcək

Mayın 2-dən 4-dək UEFA-nın dəstəyi ilə AFFA tərəfindən fiziki hazırlıq üzrə məşqçilər üçün seminar təşkil olunacaq.

Premyer.az bildirir ki, seminarda milli komandalarda, Premyer Liqada və I divizionda iştirak edən klublarda çalışan məşqçilər iştirak edə bilərlər.  
Seminarda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
 
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Məşqçi lisenziyasının surəti
Seminarda iştirak edən məşqçilərə yekunda müvafiq sertifikat veriləcək.
 
Qeydlər:
1. "UEFA-nın Klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalarına əsasən lisenziya iddiaçısı olan klubun əsas komandasında ixtisaslı fiziki hazırlıq üzrə məşqçi çalışmalıdır. Kursdan sonra iştirakçılara təqdim olunacaq sertifikat qeyd olunan meyarın yerinə yetirilməsini təmin edəcək.
2. Sənədlər aprelin 20-dək qəbul olunur.
 
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30
E-mail: anar.shikhaliyev@affa.az
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
348