» » » Üç futbolçu yığmanın heyətindən kənarlaşdırıldı

Üç futbolçu yığmanın heyətindən kənarlaşdırıldı

Aprelin 2-dən etibarən Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. 
 
Premyer.az bildirir ki, zədəli olduğu üçün  Melih Serin, Valeh Qəhrəmanlı (hər ikisi "Neftçi”), İlahi Quliyev ("Zirə”) hazırlıq prosesindən kənarlaşdırılıb. Onların əvəzinə Hüseyin Mürsəlov, Ülvi Mədətov (hər ikisi "Qəbələ”) və Mürvət Məmmədli ("Vətən") toplanışa dəvət edilib. 
 
497     
Reklam

Reklam