» » » I Divizion klubunun kapitanı bir müddət oynaya bilməyəcək

I Divizion klubunun kapitanı bir müddət oynaya bilməyəcək

Futbol üzrə Azərbaycanın I divizionunun XXII turunda MOİK səfərdə "Bakılı”nı 3:1 hesabıyla məğlub edib.
Premyer.az bildirir ki, amma komanda 3 xala doyunca sevinə bilməyib. Belə ki, klubun kapitanı Orxan Həsənov zədələnib.
 
"14” nömrə oyunun 20-ci dəqiqəsində sol ayağının bud nahiyəsinin arxa tərəfindən xəsarət alıb. Müayinə zamanı futbolçunun ayağında qismi yırtıq aşkarlanıb. Odur ki, futbolçu bir müddət yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, MOİK I divizionda növbəti oyununu 12 gün sonra - aprelin 8-də "Mil-Muğan”a qarşı keçirəcək.
244