» » » Yoahim Löv: "Əvvəlki illərlə müqayisədə tam fərqli Azərbaycan millisi izlədim"

Yoahim Löv: "Əvvəlki illərlə müqayisədə tam fərqli Azərbaycan millisi izlədim"

Yoahim Löv: "Əvvəlki illərlə müqayisədə tam fərqli Azərbaycan millisi izlədim"DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Almaniya oyunundan sonra hər iki komandanın baş məşqçisinin oyun haqqında öz fikirlərini bildirib.
 
Premyer.az Almaniya millinin baş mışqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:
 
Yoahim Löv (Almaniya millisinin baş məşqçisi): "Oyundan razı qaldım. Amma komandam bu gün göstərdiyi oyundan daha yaxşısını nümayiş etdirməyə qadirdir. Bu oyundan əvvəl İngiltərə yığması ilə yoldaşlıq görüşü keçirdik. Ötən illlə müqayisədə bu dəfə gec bir araya gəldik. 4 aydan sonra toplaşdıq. Bu səbəbdən komandanın oyunu məni tam qane etmədi. Səhvdən qol buraxdıq. Bəzi səhvlər var idi. Bunların üzərində işləyəcəyik. Qarşıda daha bir seçmə mərhələ oyunu, ardınca isə Konfederasiyalar Kuboku var. Həmin yarışa qədər daha yaxşı səviyyəyə yüksəlməyə çalışacağıq. 5 və ya 8 il əvvəlki ilə müqayisədə tam fərqli Azərbaycan millisi izlədim. Rəqibimiz müdafiədə oturmur, əzmkar futbol göstərir, hücuma atılır. Azərbaycan millisinin bugünkü oyunu çox xoşuma gəldi. Ötən illərlə müqayisədə bu komanda çox inkişaf edib”.
 
223     
Reklam

Reklam