» » » Azərbaycanın futbol klubu fəaliyyətini bərpa edir

Azərbaycanın futbol klubu fəaliyyətini bərpa edir

Azərbaycanın ən gənc futbol klublarından biri olan "Ağdaş" FK fəaliyyətini yenidən bərpa etməyə hazırlaşır.
 
Premyer.az xəbər verir ki, 2016-cı ilin əvvələrində təsis edilən klub Azərbaycanın Həvəskarlar Liqasında çıxış edib və yarımfinala qədər irəliləməyi bacarıb. Birinci Divizionda da çıxış etməyi planlayan klub, təəssüf ki maliyyə çətinliyi ücbatından buna nail ola bilməyib.
 
Yenidən Həvəskarlar Liqasında çıxış etmək üçün lazımi sənədlər hazırlanaraq, yaxın günlərdə PFL-ə təqdim ediləcək.
 
Ötən mövsüm olduğu kimi, bu il də komandaya rayon rəhbərliyi tərəfindən lazımi köməklik göstərilir. Bununla yanaşı, komandaya dəstək olmaq üçün portmanat hesabı da yaradılacaq.
 
Fəaliyyətini bərpa edən "Ağdaş" klubu artıq aprel ayının 2-də ilk yoldaşlıq oyununu da keçirəcək. Bu haqda klubun yaradıcılarından biri Rəhman Əliyev məlumat verib.
 

912     
Reklam

Reklam