» » » AFFA və UNICEF yeni layihəyə start verdi (FOTO, VİDEO)

AFFA və UNICEF yeni layihəyə start verdi (FOTO, VİDEO)

AFFA və UNICEF yeni layihəyə start verib. Premyer.az xəbər verir ki, əməkdaşlıq UNICEF-in qlobal uşaq zorakılığına qarşı kampaniyası çərçivəsində həyata keçirilir. 

Layihənin əsas şüarı olan "Bizə qoşul, futbolu sev, zorakılığa YOX de!” sosial şəbəkələrdə #FutboluSevZorakiligaYoxDe haştaqı ilə paylaşılır.
Kampaniya çərçivəsində adları aşağıda göstərilmiş futbolçuların iştirakı ilə sosial videoçarx çəkilib:
 
Elvira Əsgərzadə – 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının qapıçısı
Maksim Medvedev – Azərbaycan milli komandasının müdafiəçisi 
Həqiqət Qasımova – 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının müdafiəçisi
Qara Qarayev – Azərbaycan milli komandasının yarımmüdafiəçisi
 
Videoçarx AFFA-nın martın 15-də keçirilmiş Hesabat Konfransında UNICEF nümayəndəsi Min Yuanın təqdimatı ilə futbol ictimaiyyətinə və mətbuat nümayəndələrinə nümayiş etdirilib.
Bakının müxtəlif yerlərində mövzuya aid reklam lövhələri quraşdırılacaq və il ərzində uşaq futbolunda çalışan məşqçilərə futbol oyunları zamanı, məşq prosesində və digər situsiyalarda zorakılığı aradan qaldırmaq barədə kitabçalar paylanacaq.

562     
Reklam

Reklam