» » » Qurban Qurbanov: "Qarşıdakı oyunlar daha çətin olacaq"

Qurban Qurbanov: "Qarşıdakı oyunlar daha çətin olacaq"

Qurban Qurbanov: "Qarşıdakı oyunlar daha çətin olacaq"Bu gün "Qarabağ" Premyer Liqanın XXII turunda AZAL-ı qəbul edib. Premyer.az xəbər verir ki, qarşılaşma ağdamlıların 1:0 hesablı qələbəsiylə başa çatıb. Komandanın baş məşqçisi Qurban Qurbanov qarşılaşmaya belə şərh verib:
 
"Futbolçularımı təbrik edirəm. Çətin qələbə qazansaq da, oyundan razı qaldım. AZAL təkcə müdafiə olunmağı yox, topla yaxşı davranmağı bacaran komandadı ki, bunu da gördük. Düşünürəm ki, AZAL hər bir komandaya çətin anlar yaşada bilər, hətda qələbə də qazana bilər. Qarşıdakı oyunlar daha çətin olacaq, həmin oyunlara hazırlaşmalıyıq”.
251     
Reklam

Reklam