» » » "Səbail" - "Turan Tovuz" oyunu bu gün baş tutacaq mı?

"Səbail" - "Turan Tovuz" oyunu bu gün baş tutacaq mı?

Azərbaycanın Birinci Divizionunda bu gün XIX turun oyunları start götürür.
 
Premyer.az xəbər verir ki, turun mərkəzi qarşılaşması "Bayıl Arena"da baş tutacaq. Belə ki, turnir cədvəlində ikinci yerdə qərarlaşan "Səbail" komandası mövsümün ən vacib oyununa çıxacaq. Bakılılar "doğma divarlar" arasında lider "Turan Tovuz"u qəbul edəcək.
 
Saat 19:00-da başlayacaq oyun CBC Sport kanalı ilə canlı yayımlanacaq.
 
Qeyd edək ki, daha öncə Premyer.az saytının xəbər verdiyi kimi, qonaq komandanın bəzi futbolçularının 2 gün öncə zəhərlənməsi səbəbindən, "Turan Tovuz" klubunun rəhbərliyi PFL və "Səbail" klubunun rəhbərliyinə müraciət edərək, oyunun 2 gün ertələnməsini xahiş etmişdi. Lakin PFL rəhbərliyi turun mərkəzi oyununun canlı yayımlanacağını əsas tutaraq, tovuzluların təklifini rədd etmişdi.
 
PFL-dən və "Turan Tovuz" klubundakı mənbələrimizdən əldə etdiyimiz məlumata əsasən, zəhərlənən futbolçular artıq özlərini yaxşı hiss etdiyindən, oyun bu gün, qeyd edilən saatda baş tutacaqdır.

Futbol üzrə Azərbaycan I Divizionunda XIX turun bütün təyinatları müəyyənləşdi.  

9 mart 2017

"Səbail” – "Turan Tovuz”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Yavər Rəhimov
"Bayıl Arena”, 19:00 (CBC Sport/canlı)
409     
Reklam

Reklam