» » » "Səbail" FK "Turan Tovuz" klubunun oyunçularının zəhərlənməsi ilə əlaqədar BƏYANAT yayıb

"Səbail" FK "Turan Tovuz" klubunun oyunçularının zəhərlənməsi ilə əlaqədar BƏYANAT yayıb

"Səbail" FK "Turan Tovuz" klubunun oyunçularının zəhərlənməsi ilə əlaqədar BƏYANAT yayıb. Premyer.az Bəyanatı olduğu kimi diqqətinizə çatdırır:
 
"Səbail" FK "Turan Tovuz" klubunun qida zəhərlənməsi səbəbilə sağlamlıqlarında problem yaşanan oyunçularına şəfa diləyir və onların oyun saatına kimi tam olaraq sağalmasını arzulayır.
Klubumuz inanır ki, çempionatın hazırkı lideri və ən güclü komandalarından olan "Turan Tovuz"un heyətində bu oyunçuları əvəz edə biləcək bacarıqda oyunçular var.
Xatırladaq ki, komandamızın heyətində aparıcı oyunçularımız olan Eltun Yaqublu və Qvanzav Maqomedov "Turan Tovuz"la bu vacib oyunu buraxmalı olacaq.
"Səbail" FK "Turan Tovuz" oyununun sağlam mübarizə şəraitində keçəcəyinə inanır və rəqibin zəhərlənmiş oyunçularına bir daha şəfa diləyir!"

893     
Reklam

Reklam