» » » "Onları tanıyaq" rubrikasında - Fərid Abbaslı "AZAL" FK (FOTOLAR)

"Onları tanıyaq" rubrikasında - Fərid Abbaslı "AZAL" FK (FOTOLAR)

"Onları tanıyaq" rubrikasında - Fərid Abbaslı "AZAL" FK (FOTOLAR)"Onları tanıyaq" rubrikasında - Fərid Abbaslı!
 
Premyer.az saytının "Wikipedia" Layihəsi çərçivəsində, "Onları tanıyaq" rubrikasının növbəti qonağı, – AZAL komandasının 20 yaşlı müdafiəçisi, gənc və perspektivli futbolçu Fərid Abbaslıdır.
 
Fərid Abbaslı 23 yanvar 1997-ci il tarixində İmişli şəhərində anadan olub. Futbol oynamağa 6 yaşında "MKT Araz” İmişli komandasında başlasa da, "İnter” futbol akademiyasının yetirməsi sayılır. "Bankirlərin” 13 yaş qrupunda oynamağa başlayan Abbaslı, daha sonra 14, 15, 16, 17, əvəzedicilər  və əsas heyətdə də oynamağı bacarıb. Premyer Liqada debütü 28 may 2015-ci ildə, "Sumqayıt”la səfər oyununda baş tutub.
Futbolçunun ən böyük uğurları da məhs bu klubla bağlıdır. Fərid Abbaslı "İnter”in heyətində Əvəzedicilər çempionatının qalibi və Premyer Liqanın gümüş medallarının sahibi olub.
 
Qısa müddət MOİK komandasının heyətində də forma geyinən müdafiəçi, 2017-ci ili əvvəlində AZAL komandası ilə müqavilə bağlayıb.
188 sm boya sahib olan Abbaslı, ölkəmizin U-15, U-17 və U-19 komandalarına cəlb olunsa da, diz, baldır gematoması və çiyinin körpücük sümüyünün sınması səbəbindən yığmaların əsas heyətində oynaya bilməyib.
 
Hal-hazırda zədələri tam sağalan futbolçu  əla fiziki formada olduğundan, yeni komandasının əsas heyətinə və U-21 yığmasına düşməkdə israrlıdır və bunun üçün əlindən gələni edəcəyini və layiq olduğunu öz oyunu ilə nümayış etdirəcəyini saytımıza müsahibəsində bildirib.
 
Aşağıdakı linkə daxil olaraq, futbolçunun karyerası haqqında daha ətraflı məlumatlarla tanış ola bilərsiniz.
 
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B1%D0%B1%D0%B0%D1
 




Wikipedia-dakı yazının və Fotonun müəllifi - Rauf İskəndərov
Автор статьи и фотографии в Википедии - наш корреспондент Рауф Искендеров.
589