» » » "Sumqayıt" FK-nın rəhbərliyi və futbolçuları Xocalı abidəsini ziyarət etdi

"Sumqayıt" FK-nın rəhbərliyi və futbolçuları Xocalı abidəsini ziyarət etdi

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib. Həmin hadisədən artıq 25 il ötür. Premyer.az bildirir ki, "Sumqayıt” Futbol Klubu Azərbaycan xalqının kədərinə şərik çıxır, Vətənimizin azadlığı uğrunda canlarınından keçən insanların yaxınlarına səbr diləyir.

Bu məqsədlə, "Sumqayıt" Futbol Klubunun rəhbərliyi, A və B komandanın məşqi, futbolçu heyəti ilə yanaşı, akademiyanın üzvləri Sumqayıt şəhərində yerləşən Xocalı abidəsini ziyarət edərək şəhidlərimizi anıb.

Xatırladaq ki, Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150-nin taleyi indi də məlum deyil.

ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
350     
Reklam

Reklam