» » » Rəşad Sadiqov: "Komandamızın futbolçuları arasında danışmışdıq ki..."

Rəşad Sadiqov: "Komandamızın futbolçuları arasında danışmışdıq ki..."

Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində keçirilən və çempionatın "derbi” oyunu kimi dəyərləndirilən "Qəbələ” – "Qarabağ” oyunu, meydan sahiblərinin 2:0-lıq qələbəsi ilə yekunlaşdı. Beləliklə də "Qəbələ” komandası turnir cədvəlində zirvəyə yüksəldi.
 
 
Premyer.az saytı oyun sonrası hər iki komandanın oyunçularından qarşılaşmanı şərh etmələrini xahiş etdi.
 
 
"Qəbələ” komandasının yarımmüdafiəçizi Rəşad Sadiqov oyunu belə şərh etdi:
 
 
-          "Məncə bu oyun da "böyük oyun” idi, çünki hər iki komanda çempionluğa oynayan komandalardır. "Qarabağ” 3 ildir, biz isə 2 ildir ki Avropa Liqasının qrup mərhələsində oynayan komandalarıq. Bir birimizə rəqibik bu sezon. Hər iki komanda çempion ola bilər. Doğurdan da böyük ajiotaj var idi. "Neftçi” – "Xəzər Lənkəran” oyunları kimi, bu oyunu da məncə "böyük oyun” adlandırmaq olar. "Qarabağ”la "Qəbələ”nin oyunları heç də geri qalmır "böyük oyun”dan. Komandamızın futbolçuları arasında danışmışdıq ki, ancaq futbol oynayaq, kobud oyun sərgiləməyək. Məncə rəqib komandada da belə bir anlaşma var idi. Elə buna görə də centlmen kimi oyun keçdi. ”
 
Foto: Rauf İskəndərov / Premyer.az
501     
Reklam

Reklam