» » » SON DƏQİQƏ! I Divizionda XVI turun bir oyunu təxirə salındı (FOTOLAR)

SON DƏQİQƏ! I Divizionda XVI turun bir oyunu təxirə salındı (FOTOLAR)

Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti səbəbindən I Divizionun XVI turunun "Şahdağ” – "Bakılı” görüşü təxirə salınıb. Premyer.az xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən matç bu gün deyil, 30 mart 2017-ci il  tarixində keçiriləcək.
 
Qeyd edək ki, meydan sahibləri stadionun ərazisini qardan təmizləmək istəsələr də, güclü yağan qar buna əngəl olub. Bu səbəbdən də klub rəhbərliyi oyunun təxirə salınması istəyi ilə PFL-ə müraciət edib. 







113