» » » "Qarabağ" - 350! Salyandan Gəncəyə gedən yol

"Qarabağ" - 350! Salyandan Gəncəyə gedən yol

Topaz Premyer Liqasının XVIII turunun "Kəpəz”lə oyunu "Qarabağ” üçün yubileylə əlamətdar olub.
 
Premyer.az bildirir ki, Ağdam klubu ölkə çempionatlarında 350-ci səfər matçına çıxıb. 1:0 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun yetirmələri yubileyi 3 xalla qeyd edib. Ümumilikdə 711 matç keçirən "Qarabağ” rəqib meydanlarındakı 350 çempionat matçında hesabına 541 xal toplayıb. Əyalət klubu səfər matçlarının sayında yalnız "Neftçi”dən geri qalır. Paytaxt klubu rəqib meydanında 351 matç keçirib.
 
 
Qeyd edək ki,  "Qarabağ” ilk səfər oyununa 1992-ci il mayın 9-da çıxıb. Salyanda "Plastik”lə görüşən ağdamlılar 2:0 hesabı ilə qələbə qazanıb.
291     
Reklam

Reklam