» » » "Onları tanıyaq" rubrikasında - gənc futboçu Cavid Ağamalıyev (Rusiya, FOTOLAR)

"Onları tanıyaq" rubrikasında - gənc futboçu Cavid Ağamalıyev (Rusiya, FOTOLAR)

Premyer.az saytının "Onları Tanıyaq" rubrikasının növbəti qonağı - Rusiyada yaşayan gənc həmyerlimiz Ağamalıyev Cavid Azər oğludur.
 
 
19.09.1999-cu ildə Azərbaycan Respublikasının Siyəzən rayonunda anadan olub. Boyu 175 sm, çəkisi 65 kq-dır. Sağ-sol yarımmüdafiəçisi mövqeyində çıxış edir.
 
 
- Cavid, ilk öncə özün haqqında oxucularımıza məlumat verərdin.
- Azərbaycanda anadan olsam da, 2 yaşımda ailəmlə birlikdə Rusiyanın Samara şəhərinə köçmüşük. Orta məktəbə də elə həmin şəhərdə getmişəm. 2017-ci ilin əvvəlində Samaradakı SK SPO kollecinin avtomexanika fakültəsinə daxil olmuşam və hal-hazırda da həmin kollecdə təhsil alıram.
 
 
-Futbola gəlişin necə olub?
- Futbolla 9 yaşımdan məşğul olmağa başlamışam. İlk komandam Samaranın ЦСКА ВВС klubu olub. Bu klubun U-11 yaş qrupunda, Dobrınin Nikolay Arsenyeviçin başçılığı altında çıxış etmişəm. 2012-ci ildə "Vosxod” klubunun U-13 heyətində Samara Vilayətinin çempionatında iştirak etmişəm. 2014-2015-ci illərdə Samaranın "Lokomotiv” klubunun U-16 yaşlılardan heyətində oynamışam.
 
 
- Əslən azərbaycanlı olduğun üçün bir sualı verməyə bilmərəm. Rusiya vətəndaşı olsan da, öz doğma vətənində oynamaq istərdin mi?
- Təbii ki istərdim. Mən ilk dəfə 2014-cü ilin avqustunda Azərbaycana gəlmişəm və Bakının "Neftçi” klubunun 1998/99-cu il təvəllüdlü futbolçulardan ibarət komandasında bir ay çıxış etmişəm. 2016-cı ilin yayında isə Adil Mahmudovun dəvəti ilə Qusarın "Şahdağ”  klubunda baxışda olmuşam. Lakin hər iki kluba keçidim alınmayıb...  
 
 
- Bu klublara keçidinin baş tutmamasının əsas səbəbi nə olub?
- Əsas səbəblərdən biri yaşımın az olması, digəri isə Azərbaycan vətəndaşlığımın olmaması idi. 18 yaşım bu ilin sentyabr ayında olacaq. İnşallah o zaman gəlib burda karyeramı davam etdirəcəm.
 
 
- Azərbaycandan başqa, heç yerdə çıxış etmək istəmirsən?
- Azərbaycan mənim vətənimdir, ona görə də məhz burda çıxış etmək istyirəm. Amma bu baş tutmasa, Gürcüstanda da çıxış etmək şansım var.
 
 
-Hal-hazırda bəs harada və hansı klubda çıxış edirsən?
- Praktikamı itirməmək üçün, təhsil aldığım kollecin futbol komandasında çıxış edirəm və fərdi şəkildə də fiziki hazırlığıma diqqət yetirirəm.
 
 
- Müsahibə üçün təşəkkür edirik və gələcək həyatında və futbolçu karyeranda uğurlar arzulayırıq.  
 
Müsahibəni apardı: Rauf İskəndərov /Premyer.az






"Onları tanıyaq" rubrikasında - gənc futboçu Cavid Ağamalıyev (Rusiya, FOTOLAR)
405