» » » Qurban Qurbanov: ""Kəpəz" azarkeşlərinə təşəkkür edirəm....."

Qurban Qurbanov: ""Kəpəz" azarkeşlərinə təşəkkür edirəm....."

Bu gün "Qarabağ" səfərdə "Kəpəz"i 1:0 hesabıyla məğlub edib. Premyer.az xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:
 
"Azarkeşlər üçün maraqlı oyun oldu. Futbolçular belə bir meydanda xarakter göstərdilər. Qələbə üçün nə lazımıydısa, komandam bəlkə artığını etdi.
 
Azarkeşlərimizə təşəkkür edirəm, bu gün də stadiondaydılar. "Kəpəz" azarkeşlərinə də təşəkkür edirəm, məni və komandamı yaxşı qarşıladılar. Şahin Diniyev və "Kəpəz"ə qarşıdakı oyunlarda uğurlar arzulayıram".

202