» » » Vüsal İsgəndərlinin qolu komandasını məğlubiyyətdən qurtara bilmədi

Vüsal İsgəndərlinin qolu komandasını məğlubiyyətdən qurtara bilmədi

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XVIII tura start verilib.
 
Premyer.az xəbər verir ki, ilk qarşılaşmada "Zirə" "Qəbələ" ilə üz-üzə gəlib. Qonaq komandanın iki qoluna, meydan sahibləri Vüsal İsgəndərlinin qolu ilə cavab verib. Lakin bu qol "Zirə"yə məğlubiyyətdən qurtarmaq üçün kifayət etməyib.
 
Günün ikinci qarşılaşmasında "Kəpəz” "Qarabağ”ı qəbul edib. İlk oyundan fərqli olaraq, bu görüşdə meydan sahibləri əzmkar oyun nümayiş etdirib. Keçən turda da fərqlənən Fərid Məmmədov 74-cü dəqiqədə komandasının qələbə qolunu vurub.

"Zirə” 1-2 "Qəbələ”
(Vüsal İsgəndərli, 67 (p.) // Ülvi İsgəndərov, 12; Rövlan Muradov, 14)

"Kəpəz” 3-2 "Qarabağ”
(Şəfi Bağırov, 7; Eltac Muradov, 20; Fərid Məmmədov, 74 // Vüqar Nadirov, 29; Elgün Nəbiyev, 71)
736     
Reklam

Reklam