» » » Vurğun Hüseynov "Sumqayıt" FK-nın tarixinə düşdü

Vurğun Hüseynov "Sumqayıt" FK-nın tarixinə düşdü

"Sumqayıt” Futbol Klubunun kapitanı Vurğun Hüseynov komandasının heyətində 100-cü çempionat matçını keçirib. Premyer.az xəbər verir ki, adıçəkilən müdafiəçinin yubiley oyunu Topaz Premyer Liqasının XVI turunun "İnter”lə qarşılaşmasına təsadüf edib. 2:2 hesabı ilə nəticələnən görüş "3 nömrə”nin "kimyaçılar"ın heyətində 100-cü matçı olub.
2013/14 mövsümündən "Sumqayıt” FK-da çıxış edən Hüseynov həmin çempionatda 22, növbəti yarışda 29 dəfə komandasının formasını geyinib. 2015/16 mövsümündə isə 33 görüşə çıxan futbolçu cari birincilikdə isə 16 dəfə meydanda olub. Hüseynov klubun tarixində çempionatda 100 və daha çox oyun keçirən 3-cü futbolçudur. O, yalnız Slavik Alxasov (126) və Bəxtiyar Həsənəlizadədən (105) geri qalır.

Xatırladaq ki, Vurğun Hüseynovun "Sumqayıt" FK-da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, "Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.

432     
Reklam

Reklam