» » » “Neftçi” son qış transferini İspaniyadan gətirdi

“Neftçi” son qış transferini İspaniyadan gətirdi

"Neftçi” PFK qış transfer dönəmində sonuncu transferini həyata keçirib.
 
Premyer.az bildirir ki, ispaniyalı hücumçu Daniel Seqoviya ilə ilyarım müddətinə müqavilə bağlanıb.
 
Sonuncu klubu "Sankt-Pyolten”də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qola imza atıb. 31 yaşlı hücumçu bunadək isə İspaniyanın "Rayo Valekano”, "Fuenlabrada”, "Alxesiras”, "Real Saraqosa” B, "Atletiko Pinto”, "Konkense”, "Atletiko Baleares”, Fransanın "Olimpik Marsel” B, Avstriyanın "Admira Vakker” və "Volfsberger” klublarında çıxış edib.
 
Daniel Seqoviya "Neftçi”də 12 nömrəli formanı geyinəcək.
231     
Reklam

Reklam