» » » Gürcüstan klubu iki Azərbaycan futbolçusu ilə müqavilə imzalayacaq (FOTOLAR)

Gürcüstan klubu iki Azərbaycan futbolçusu ilə müqavilə imzalayacaq (FOTOLAR)

Gürcüstanın Birinci Liqasında çıxış edən "Qardabani" klubu heyətini iki Azərbaycan futbolçusu ilə gücləndirir.
 
Premyer.az xəbər verir ki, Gürcüstanın azərbaycanlılar yaşan bölgəsini təmsil edən klub, bu yaxınlarda azərbaycanlı mütəxəssisi də öz heyətinə cəlb edib. Belə ki, "Qaradağ-Lökbatan" və "Şahdağ" klublarında çalışmış Adil Mahmudov klub prezidentinin məsləhətçisi vəzifəsinə təyin edilib.
 
Məhz bu mütəxəssisin vasitəçiliyi ilə də kluba "Şahdağ" FK-nın iki gənc futbolçusu cəlb olunub.
 
Bunlar 23 yaşlı hücumçu Ramil Mansurov və 22 yaşlı sol yarımmüdafiəçi Elmin İsmayılzadədir.
 
Ramil karyerası ərzində "İnter", "Sumqayıt", "Neftçala", "Turan Tovuz" və "Şahdağ", o cümlədən Azərbaycanın U-15, U-17, U-19 və U-21 yığmalarının şərəfini qoruyub.
 
Elmin isə "Qəbələ", "Neftçi", "Şəmkir" və "Şahdağ" klublarının formasını geyinib.
 
Qeyd edək ki, yaxın günlərdə "Qardabani" klubu ilə hər iki futbolçu arasında bir illik müqavilə imzalanacaq.
 
788     
Reklam

Reklam