» » » SON DƏQİQƏ: Jurnalistlərin Ağsu şəhərinə səfəri baş tutmadı. Daha bir oyun təxirə salındı

SON DƏQİQƏ: Jurnalistlərin Ağsu şəhərinə səfəri baş tutmadı. Daha bir oyun təxirə salındı

Peşəkar Futbol Liqası və Topazın birgə layihəsi çərçivəsində bu günə nəzərdə tutulan jurnalistlərin Ağsu şəhərinə səfəri baş tutmayıb.
 
Premyer.az xəbər verir ki, ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti səbəbindən I Divizionun XIV turunun "Ağsu” – "Bakılı” görüşü təxirə salınıb. Oyundan öncə noyabr ayının ən yaxşı qolunun müəllifi (Nurlan Məmmədzadə, "Bakılı”) mükafatlandırılması nəzərdə tutulsa da, bu mərasim də baş tutmayıb.
 
Qeyd edək ki, daha öncə eyni səbədən, I Divizionun "Göyəzən” – "Qaradağ Lökbatan” və "Şahdağ” – "Zaqatala” matçlarının keçirilmə tarixi dəyişdirilib. Matçlar 02 fevral 2017-ci il tarixindən 27 fevral 2017-ci il tarixinə keçirilib.
231     
Reklam

Reklam