» » » TPL, XVI tur: "Neftçi" "Qəbələ"dən 0:8 hesablı məğlubiyyətin acısını çıxa biləcək mi?

TPL, XVI tur: "Neftçi" "Qəbələ"dən 0:8 hesablı məğlubiyyətin acısını çıxa biləcək mi?

Topaz Premyer Liqasında XVI turun oyun cədvəli müəyyənləşdi. Premyer.az bildirir ki, turun mərkəzi görüşü "Bakcell Arena"da baş tutacaq. Belə ki, "Neftçi" bu çempionatda 0:8 və 1:4 hesabı ilə məğlub olduğu "Qəbələni" qəbul edəcək. 
 
Yenilənən heyətlə ötən tur "Qarabağ"la bərabərə qalan flaqman, bu dəfə Qəbələ təmsilçisindən iki məğlubiyyətin revanşını almağa çalışacaq.

3 fevral (cümə)

AZAL – "Qarabağ”
"AZAL Arena”, 16:00

"Neftçi” – "Qəbələ”
"Bakcell Arena”, 18:30

4 fevral (şənbə)

"Kəpəz” – "Zirə”
Gəncə şəhər stadionu, 14:00

"Sumqayıt” – "İnter”
"Kapital Bank Arena”, 16:30
135