» » » SON DƏQİQƏ! Rasim Ramaldanov Premyer Liqa klubu ilə anlaşdı

SON DƏQİQƏ! Rasim Ramaldanov Premyer Liqa klubu ilə anlaşdı

Azərbaycan Premyer Liqasında çempionluq uğrunda mübarizə aparan  "Qəbələ" klubu yeni transfer gerçəkləşdirir.
Premyer.az xəbər verir ki, "qırmızı-qaralar" sabah Rasim Ramaldanovla müqavilə imzalayacaq.
 
Bu haqda futbolçu özü Premyer.az saytına məlumat verib. 31 yaşını yanvarın 24-də qeyd etmiş futbolçu onu da bildirib ki, müqavilə müddəti yaya qədər nəzərdə tutulacaq.
 
Qeyd edək ki, Rasim Ramaldanov 24 yanvar 1986-cı il tarixində Bakı şəhərində anadan olub. 191 sm boya sahib  olan futbolçu, karyerası ərzində "Simurq”, "Xəzər Lənkəran”, "Sumqayıt” və "Kolxeti 1913” (Poti, Gürcüstan) klublarının şərəfini qoruyub. 14 noyabr 2012-ci il tarixində Şimali İrlandiyaya qarşı oyunda Milli komandanın heyətində debüt edən Rasim, Azərbaycan Millisində 17 oyun keçirib.
594     
Reklam

Reklam