» » » "Qəbələ"nin sabiq futbolçusu Kipr klubunda

"Qəbələ"nin sabiq futbolçusu Kipr klubunda

"Qəbələ"nin sabiq futbolçusu Lorentso Ebesilyo karyerasını Kipr çempionatında davam etdirəcək. Premyer.az xəbər verir ki, Braziliyalı futbolçu "Apoel" klubu ilə müqavilə imzalayıb. 25 yaşlı futbolçunun anlaşması 2019-cu ilədək nəzərdə tutulub. Ebesilio yeni komandasında 6 nömrəli futbolkada çıxış edəcək.

O, ötən mövsümü Rusiyanın "Anji" komandasında keçirib.

Xatırladaq ki, Ebesilio "Qəbələ"də 2013/2014-cü illər mövsümündə Yuri Syominin rəhbərliyi altında çıxış edib və 32 oyuna 8 qol vurub.
288     
Reklam

Reklam