» » » Dario nəhayət ki komandasına qoşuldu

Dario nəhayət ki komandasına qoşuldu

Həftəsonu Topaz Premyer Liqasında qış fasiləsi başa çatacaq və komandalar mövsümün ikinci hissəsi üçün mübarizəyə start verəcəklər. Premyer.az xəbər verir ki, 2017-ci ilin ilk rəsmi matçında, XV turda "Kəpəz” səfərdə "İnter” ilə qarşılaşacaq.
 
Bakıda keçirilən təlim-məşq toplanışından sonra iki gün istirahət edən "sarı-göylər” bu gündən qarşıdakı oyunun hazırlığına start veriblər. Komanda "Dalğa Arena”nın süni örtüklü meydançasında hazırlaşır. Gəncə klubunun məşqi saat 11:00-da başlayıb. Yanvarın 26-na kimi "Kəpəz” eyni vaxtda Mərdəkanda məşqə çıxacaq. "Kəpəz” Bakı təmsilçisi ilə matçdan öncəki hazırlıq prosesini görüşə ev sahibliyi edəcək "İnter Arena”da keçirəcək.
 
Türkiyədə bir müddət öncəki qeyri-sabit hava şəraitinə görə vətəni Braziliyada ləngiyən Dario Frederiko da artıq komandaya qoşulub və məşqlərdə iştirak edir.
 
Foto: Rauf İskəndərov
398     
Reklam

Reklam