» » » "Kəpəz" futbolçularını istirahətə buraxdı

"Kəpəz" futbolçularını istirahətə buraxdı

Premyer Liqada mövsümün ikinci hissəsi üçün Bakıda hazırlıq keçən "Kəpəz” təlim-məşq toplanışını dünən yekunlaşdırıb. Premyer.az xəbər verir ki, komanda üzvlərinə iki günlük istirahət verilib.
 
"Sarı-göylər” məşq prosesini yanvarın 23-də bərpa edəcəklər. Gəncə klubu qarşıdakı həftə boyunca "İnter” ilə çempionat oyununa hazırlaşacaq. Bakı təmsilçisi ilə səfər görüşü süni qazonda keçiriləcəyindən "Kəpəz” "Dalğa Arena”nın eyni örtüklü meydançasında məşqə çıxacaq. 
 
Komandanın heyətində zədəli futbolçu yoxdur.
275     
Reklam

Reklam