» » » "Trabzonspor" Ramil Şeydayevə yeni klub tapdı (FOTO)

"Trabzonspor" Ramil Şeydayevə yeni klub tapdı (FOTO)

"Trabzonspor" Ramil Şeydayevə yeni klub tapdı (FOTO)Türkiyənin "Trabzonspor" klubu əsas heyətinə düşməkdə çətinlik çəkən legionerləri - Ramil Şeydayev və Serge Akpopo üçün yeni komanda tapıb. Premyer.az bildirir ki, Qara dəniz təmsilçisi legioner limiti dolduğuna görə hər iki futbolçunu icarəyə verməəyi düşünür. Heyətində 13 əcnəbi futbolçu olan "bordo mavilər" Şeydayev və Akpoponu I liqada mübarizə aparan "Trabzon 1461" klubuna təklif edib. Futbolçular buna razılıq versələr, mövsümün qalan hissəsini I liqa təmsilçisində keçirəcəklər. Xatırladaq ki, "Trabzonspor" Ramil Şeydayevi daha öncə "Samsunspor"a təklif etsə də, Samsun təmsilçisi bu təklifdən imtina etmişdi.

"Trabzonspor" Ramil Şeydayevə yeni klub tapdı (FOTO)
326     
Reklam

Reklam