» » » "Şəmkir"lə birlikdə "Antalyada" olan Vüsal Qarayev Bakıdan şad xəbər aldı! (FOTOLAR)

"Şəmkir"lə birlikdə "Antalyada" olan Vüsal Qarayev Bakıdan şad xəbər aldı! (FOTOLAR)

"Turan Tovuz" komandasından "Şəmkir" klubuna yeni transfer olunan və hal-hazırda komanda ilə birlikdə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan futbolçu Vüsal Qarayev Bakıdan şad xəbər alıb!
 
Belə ki, Vüsalın yanvar ayının 9-da qızı dünyaya göz açıb. Xəbəri Türkiyədə alan futbolçu, öz sevincini saytımızın vasitəsi ilə oxucularımızla bölüşüb. Vüsal qızının adını Elif qoyduqlarını da bildirib. 
 
Qeyd edək ki, Tovuz futbol məktəbinin yetirməsi olan Vüsal, karyerası ərzində "Turan", "Gilan", "Muğan", AZAL, "Rəvan" və U-21 yığmasının da şərəfini qoruyub.
 
Premyer.az saytının kollektivi Vüsalı yeni övladının dünyaya gəlməsi ilə əlaqədar ürəkdən təbrik edir, ona sağlam həyat və ailə sevinci arzulayır.

"Şəmkir"lə birlikdə "Antalyada" olan Vüsal Qarayev Bakıdan şad xəbər aldı! (FOTOLAR)
783     
Reklam

Reklam