» » » SON DƏQİQƏ: Azərbaycanlı futbolçu Yunanıstan Super Liqasında!

SON DƏQİQƏ: Azərbaycanlı futbolçu Yunanıstan Super Liqasında!

"Sumqayıt" futbol klubunun yarımmüdafiəçisi Amit Quluzadə bundan sonra Yunanınstan Super Liqasında çıxış edəcək. Premyer.az  xəbər verir ki,  24 yaşlı futbolçu Yunanıstannın yüksək divizonunda çıxış edən "AE Larissa" klubu ilə 2,5 illik müqavilə imzalayıb.
 
Bu haqda futbolçunun özü sosial şəbəkələrdə məlumat paylaşıb. Qeyd edək ki, "Neftçi", "Rəvan", "Qəbələ" və "Sumqayıt" klublarının şərəfini qorumuş Amit, karyerası ərzində iki dəfə legioner həyatı yaşayıb. Belə ki, 2011/12 sezonunda Türkiyənin "Erciyesspor" (Kayseri) klubunda çıxış etmiş futbolçu, 2014/15 sezonunda Portuqaliyanın "Atletico CP" (Lissabon) klubunun da formasını geyinib.
 
Qeyd edək ki, "AE Larissa" klubu hal-hazırda Yunanıstan çempionatının Super Liqasında XIV turdan sonra 16 komanda arasında 13 xalla 13-cü yerdə qərarlaşıb.
274     
Reklam

Reklam