» » » Ronaldo dünyanın "Ən yaxşı futbolçu"su seçildi

Ronaldo dünyanın "Ən yaxşı futbolçu"su seçildi

FİFA 2016-cı ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Premyer.az bildirir ki, millinin məşqçiləri, kapitanlar, jurnalistlər və futbolsevərlər arasında keçirilən sorğunun yekun nəticəsinə əsasən, Portuqaliya millisinin və "Real"ın hücumçusu Kriştiano Ronaldo ötən ilin ən yaxşı oyunçusu seçilib.
O, səsvermədə Lionel Messi (Argentina, "Barselona") və Antuan Qrizmannı (Fransa, "Atletiko") qabaqlayıb.
K.Ronaldo ilin ən yaxşı futbolçusuna verilən "The Best" mükafatına sahib çıxıb. Bununla da o, bu mükafatı qazanan ilk oyunçu olub.
Qeyd edək ki, Ronaldo ötən il Portuqaliya millisi ilə "Avro-2016"nı, "Real"la isə Çempionlar Liqası, Avropa superkuboku və klublarası dünya çempionatın kubokunu qazanıb.
Xatırladaq ki, K.Ronaldo "France Football" dərgisinin sorğusunda da 1-ci olaraq "Qızıl top" mükafatına sahib çıxıb.

424     
Reklam

Reklam