» » » "Neftçi" Özbəkistan komandası ilə qarşılaşacaq

"Neftçi" Özbəkistan komandası ilə qarşılaşacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi” PFK növbəti yoxlama oyununu yanvarın 11-də keçirəcək.
 
Premyer.az bildirir ki, rəqib Özbəkistanın "Nasaf” klubu olacaq. "Bellis Deluxe” otelinin meydançasında baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Qeyd edək ki, 30 yaşlı klub son mövsüm ölkə çepionatını 3-cü pillədə başa vurub. Adı çəkilən klubla digər Azərbaycan komandası "Sumqayıt" da yanvarın 16-sı yoxlama görüşü keçirəcək.

Xatırladaq ki, "Neftçi” hazırlıq çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Türkiyənin "Sivasspor” klubu ilə qarşılaşmışdı. Oyun qolsuz heç-heçə ilə nəticələnmişdi.

189     
Reklam

Reklam