» » » Məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək

Məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək

Yanvarın 23-dən 24-dək AFFA tərəfindən Bakı şəhərində AFFA-nın "C" və UEFA-nın "B", yanvar ayının 26-dan 27-dək isə UEFA-nın "A" və "Pro" kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək. Premyer.az bildirir ki, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:

1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Lisenziya və diplomun surəti
 
Kursda iştirak üçün ödənişin məbləği:
- C lisenziya üçün 100 manat
- B lisenziya üçün 300 manat
- A lisenziya üçün 500 manat
- Pro lisensiya üçün 700 manat
Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30
E-mail: [email protected]
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
504     
Reklam

Reklam