» » » “Sumqayıt” FK Türkiyədəki 3 rəqibi bəlli oldu

“Sumqayıt” FK Türkiyədəki 3 rəqibi bəlli oldu

Xəbər verdiyimiz kimi, yanvarın 10-da təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq "Sumqayıt” Futbol Klubu qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək. Premyer.az bildirir ki, komanda ilk olaraq, yanvarın 13-də Albaniya təmsilçisi "Şkenderbeu” ilə qarşılaşcaq. Qeyd edək ki, 7 dəfə Albaniya çempionu olmuş adıçəkilən klub hazırda milli çempionatda 32 xalla 3-cü pillədə qərarlaşıb.

"Sumqayıt” FK növbəti yoxlama oyununu yanvarın 16-da keçirəcək. Komanda Özbəkistan klubu "Nasaf”la üz-üzə gələcək. Qeyd edək ki, 30 yaşlı klub son mövsüm ölkə çepionatını 3-cü pillədə başa vurub.

Komanda Antalyada son yoxlama oyununu isə yanvarın 19-da Qazaxıstan təmsilçisi "Atırau”ya qarşı keçirəcək. Qeyd edək ki, adıçəkilən klub hazırda yerli çempionatda 8-ci pillədə qərarlaşıb.

Yoxlama oyunlarının başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.
197     
Reklam

Reklam