» » » Ağabala Ramazanov rəsmən "Qarabağ"da

Ağabala Ramazanov rəsmən "Qarabağ"da

Qarabağ" 2016/17-ci illər mövsümünün qış transfer pəncərəsində növbəti transferini gerçəkləşdirib. Premyer.az xəbər verir ki, Ağdam klubu "İnter"dən ayrılan, milli komandamızın üzvü Ağabala Ramazanovla anlaşıb. 24 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ramazanov "İnter"dən əvvəl "Neftçi", "Xəzər Lənkəran" və  "Sumqayıt" klublarının formasını geyinib. 2014-cü ildən milli komandamıza dəvət alan Ağabala Ramazanov yığmanın heyətində 1 qol vurub.

Futbolçu bu gün "Qarabağ"ın Antalyadakı təlim-məşq toplanışına qoşulub.
505     
Reklam

Reklam