» » » Şahin Diniyevin yetirmələri iki günə dörd yoxlama matçına çıxacaq

Şahin Diniyevin yetirmələri iki günə dörd yoxlama matçına çıxacaq

"Kəpəz”in əsas komandasının qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarında rəqibləri müəyyənləşib. Premyer.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iki günə dörd yoxlama matçına çıxacaq komanda Premyer Liqa və I divizion klubları ilə qarşılaşacaq.
Belə ki, "sarı-göylər” yanvarın 17-də saat 11:00-da MOİK, saat 15:00-da AZAL-la görüşəcək. Yanvarın 19-da Nizami yurdunun təmsilçisi günün ilk yarısında (saat 11:00-da) "Qaradağ Lökbatan” ilə, ikinci yarısında isə (saat 15:00-da) "Zirə” ilə oynayacaq.  "Zirə”yə qarşı görüş rəqibin meydançasında keçiriləcəksə, digər bütün oyunlar "Dalğa Arena”da reallaşacaq. 
Gəncə klubu iki fərqli heyətlə yoxlama matçlarına çıxacaq.
343     
Reklam

Reklam