» » » Rəqib dəyişdi: "Aşqabad" əvəzinə "Şkenderbeu"

Rəqib dəyişdi: "Aşqabad" əvəzinə "Şkenderbeu"

Bu gündən etibarən "Qarabağ" Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışına start verib. Premyer.az bildirir ki, komanda təlim-məşq toplanışında ilk yoxlama oyununu yanvarın 15-də keçirəcək.
 
"Qarabağ" ilk yoxlama oyununda Türkmənistanın "Aşqabad" klubu ilə qarşılaşacağı planlaşdırılsa da, Türkmənistan klubunun Antalyaya gələcəyi sual altına düşüb. Bu səbəbdən ağdamlılar yanvarın 15-i Albaniyanın ən titullu klublarından biri olan "Şkenderbeu" ilə qarşılaşacaq.

303     
Reklam

Reklam