» » » Tural Rzayev: "Böyük nəaliyyətlər qazanmağı istəyirəm"

Tural Rzayev: "Böyük nəaliyyətlər qazanmağı istəyirəm"

2017-ci il şərq təqviminə görə "Xoruz ili”dir. Premyer.az bildirir ki, "Kəpəz”in əsas komandasında bu ildə doğulan dörd futbolçu var. Söhbət Tural Rzayev, Vüqar Bəybalayev, Tural Qürbətov və Kərim Diniyevdən gedir. Onların hamısının təvəllüdü 1993-cü ildir. Demək, qarşıdan gələn 2017-ci il bu oyunçuların ili olacaq. 
 
Kapazpfc.az saytı adları çəkilən futbolçulardan 2017-ci illə bağlı arzularını öyrənib. 
 
 
Tural Rzayev: "Əvvəlcə hamını bayramlar münasibəti ilə təbrik edirəm, 2017-ci ilin uğurlu, düşərli illərdən olacağını gözləyirəm. Qoy "Xoruz ili” tək mənim yox, həm də "Kəpəz”imiz üçün ən yadda qalan illərdən olsun. Çox ümid edirəm ki, belə də olacaq. Özümə ilk növbədə cansağlığı arzulayıram. Əsas olan budur. Karyeramın uğurlu alınmasını, böyük nəaliyyətlər qazanmağı istəyirəm. Çempionatla bağlı uzun müddət idi ki, evdə ola bilmirdim. İndi bunun əvəzini çıxmağın vaxtıdır”.   
 
Foto: Rauf İskəndərov /Premyer.az
717     
Reklam

Reklam